İSTİNAD
Electronics

İSTİNAD Electronics firması Türkiyənin İNFORM zavodunun 20 ildir ki, Azərbaycan üzrə distribüteridir. İNFORM şirkətinin istehsal etdiyi UPS-lərin və stabilizatorların satışı ilə məşğuldur. İNFORM şirkətinin istehsal etdiyi UPS-lər 600 VA-dən başlayaraq 500 KVA və daha yuxarı gücdə olur. UPS-lər on-line-dır.

 

İSTİNAD firmasının nəzdində servis xidməti fəaliyyət göstərir. Servis xidmətinin mühəndisləri İstanbulda “İnform” zavodunda xüsusi kurs keçmiş və sertifikat almışlar. Servis xidməti həm xüsusi maşınla, həm də servis diaqnostikası və təmiri üzrə bütün lazımı avadanlıqlarla təmin olunmuşlar. Bütün bunlar servis işçilərinin günün istənilən anında, lazım olan yerdə UPS-lərin diaqnostikasını etməyə və təmirini həyata keçirməyə şərait yaradır. Bu da UPS-lərin və stabilizatorların çatdırılmasına, quraşdırılmasına və zəmanət müddətində problemsiz işləməsinə şərait yaradır. Zəmanət müddəti bitdikdən sonra da müqavilə əsasında satılmış avadanlıqlara texniki servis xidməti göstərliir.

2011-ci ildən İNFORM şirkətinin Fransanın LEGRAND şirkətinə satılması ilə əlaqədar UPS-lər və stabilizatorlar daha keyfiyyətli və Avropa standartlarına uyğun istehsalı təmin olunmuşdur.

İSTİNAD Electronics firması Türkiyənin İNFORM zavodunun 17 ildir ki, Azərbaycan üzrə distribüteridir. İNFORM şirkətinin istehsal etdiyi UPS-lərin və stabilizatorların satışı ilə məşğuldur. İNFORM şirkətinin istehsal etdiyi UPS-lər 600 VA-dən başlayaraq 500 KVA və daha yuxarı gücdə olur. UPS-lər on-line-dır.

Azərbaycan UPS və stabilizator bazarında İNFORM şirkətinin istehsalı olan UPS-lər və stabilizatorlar tanınıb və bu illər ərzində özünə müsbət imic formalaşdırmışdır. Azərbaycanda bir çox obyektlərdə İNFORM şirkətinin istehsalı olan UPS-lər çalışır. Bunlara misal olaraq Azərbaycan Beynəlxalq Bankı , Heydər Əliyev Fondu, Ağsu Nar zavodu, Heydər Əliyev Mərkəzi, Uni Bank, Paşa Bank, Kapital Bank, Teleqüllə, Nikoil Bank, İTV, Rabitə Bank, FHN-nin xəstəxanası, Ceyranbatan Su Hövzəsi, Şəmkir Su Hövzəsi, Mingəçevir Su hövzəsi, Müdafiə Nazirliyinin hospitalı, Azərbaycan Hava yolları obyektləri, Daxili İşlər Nazirliyinin hospital, Respublika Onkoloji Mərkəzi və s. göstərə bilərik.

İSTİNAD Electronics firması həm də Almaniyanın PİLLER (www.piller.com)şikətinin distribüteridir və onların istehsal etdiyi UPS-lərin Azərbaycanda satışını həyata keçirir, həmçinin texniki xidmət göstərir. Buna misal olaraq Azərbaycan Beynəlxalq Bankını göstərə bilərik.

İSTİNAD firması olaraq Sizin istədiyiniz gücdə Türkiyənin İNFORM və Almaniyanın Piller şirkətlərinin UPS-lərini və stabilizatorlarını gətirib quraşdırıb, zəmanət verə bilərik. Zəmanət müddəti bitdikdən sonra da müqavilə əsasında servis xidməti göstəririk ki, UPS-lər həmişə işlək vəziyyətdə olsun.

İnform zavodunun istehsalı etdiyi UPS-lər və stabilizatorların keyfiyyəti Avropa keyfiyyətinə uyğun, qiymətləri isə olduqca münasibdir.

UPS-lərin qiyməti sifariş əsasında qoşulacaq yükə və saxlama müddətinə uyğun olaraq verilir.